Alça fantastik qiymətə satışa çıxarıldı
    • 28-02-2024, 15:55
    • 1 137

Alça fantastik qiymətə satışa çıxarıldı

Alçanın mövsümü olmasa da, artıq bəzi yerlərdə satışa çıxarılıb.

News24.az Milli.Az-a istinadla bildirir ki, alça Türkiyə marketlərində fantastik məbləğə satışa qoyulub. Belə ki, alçanın kilosu 3500 lirədən ( təxminən 190 manat ) təklif olunur.

Qeyd edək ki, alçanın mövsümü olmayan aylarda Bakıda da yüksək qiymətə satışa çıxarılmasının dəfələrlə şahidi olmuşuq.