Gülyaz Məmmədova kimin qəzəbinə tuş gəlib?
    • 28-02-2024, 21:08
    • 759

Gülyaz Məmmədova kimin qəzəbinə tuş gəlib?

Xalq artisti Gülyaz Məmmədova illər öncə mərhum səntəkar Sara Qədimova ilə aralarında yaşanan inciklikdən bəhs edib.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Zaurla Günaydın” verilişində danışıb.

Gülyaz Məmmədova bildirib ki, neçə ilə əvvəl Sara Qədimovanın repertuarından olan “Şur” təsnifini oxuyarkən onun adını çəkməməsi məşhur xanəndəni hiddətləndirib:

“O vaxt Heydər Əliyev adına Sarayda konsertə getmişdim. Oturmuşdum, bir də gördüm qarşıdan Canəli Əkbərovla Sara Qədimova gəlir. Tez durub onların qarşısına getdim ki, görüşüm.

Məni görən kimi Sara xanım acıqla dedi ki, səni sevmirəm. Çox pis oldum, ağlamaq tutdu məni. Sən demə, mən efirdə “Şur” təsnifini oxuyanda, onun adını çəkməmişəm. O vaxtlar belə idi ki, hansısa məşhur sənətkarın repertuarından musiqi ifa olunanda, onun adı qeyd olunmalıydı.

Mən də gənc ifaçı olduğum üçün bunu deməyi unutmuşam. Daha sonra onu yenə gördüm. Rəşid Behbudovun məzarı üstə getmişdik, orada qarşılaşdıq. Yenə də mənə dedi ki, səni bağışlamayacağam. Çox pis oldum, ağladım”.