General-leytenantı Vilayət Eyvazov Qubada qəbul keçirib
    • 20-04-2019, 14:02
    • 1 331

General-leytenantı Vilayət Eyvazov Qubada qəbul keçirib

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini  tapıb.