Nazir müavini vətəndaşları QƏBUL EDƏCƏK
    • 3-07-2019, 14:43
    • 1 059

Nazir müavini vətəndaşları QƏBUL EDƏCƏK

Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 2019-cu il iyul ayının 20-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinlərini qəbul edəcək.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.