Çaylarda suyun səviyyəsində artım davam edir
    • 20-04-2019, 14:17
    • 935

Çaylarda suyun səviyyəsində artım davam edir

Gözlənildiyi kimi aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxmış, yağış yağmış, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olmuş, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

ETSN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artıb və hal-hazırda artım davam edir.