MSN strukturunda KADR DƏYİŞİKLİYİ
    • 20-04-2019, 14:29
    • 2 888

MSN strukturunda KADR DƏYİŞİKLİYİ

Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Optika-Mexanika” İstehsalat Birliyinin “Alov” rəhbərliyində dəyişiklik olub.

News24.az AzeriDefence istinadən xəbər verir ki, “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Xəqani İsayev eyni zamanda “Alov” zavodunun baş direktoru vəzifəsini tutub. Nazir müavini Yəhya Musayevin əmri ilə Kamal Əsgərov “Alov” zavodunun direktoru təyin edilib. X. İsayev isə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru vəzifəsində saxlanıb.

Qeyd edək ki, Kamal Əsgərov “Optika-Mexanika” İstehsalat Birliyinin ilk direktoru olub. İki il əvvəl o, mərhum müdafiə sənayesi naziri Yavər Camalovun əmri ilə vəzifəsindən azad edilərək MSN-in Elmi-Tədqiqat İnstitutuna təyin edilmişdi.

Qeyd edək ki, “Optika-Mexanika” İstehsalat Birliyinə “Alov” zavodu, “Azon” zavodu və “Avtomatik Xəttlər” zavodu daxildir.