“Azneft” İstehsalat Birliyinə Baş direktor təyin edildi
    • 27-12-2019, 11:41
    • 1 012

“Azneft” İstehsalat Birliyinə Baş direktor təyin edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə (İB) yeni baş direktor təyin olunub.

News24.az xəbər verir ki, bu barədə “Azneft” məlumat yayəb. Məlumata əsasən “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov İstehsalat Birliyinin Baş direktoru təyin edilib.

Bildirilib ki, Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib: “Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib”.