Azərbaycana gələn ərəblər turistlərin sayı yenidən ARTIR
    • 29-02-2024, 11:17
    • 357

Azərbaycana gələn ərəblər turistlərin sayı yenidən ARTIR

Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb.

News24.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib:

"Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar". 

Millət vəkili əlavə edib ki, turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edib:

"Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan - 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə artıb".

O vurğulayıb ki, digər diqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən körfəz ölkələrindən gələnlərin sayının artmasıdır:

"2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə  edilməkdədir".