Bu yay rekord temperatur gözlənilir
    • 29-02-2024, 22:41
    • 377

Bu yay rekord temperatur gözlənilir

Okeanlarda dəniz səthinin temperaturu qış boyu orta səviyyədən yüksək olduğu üçün bu ilin yay aylarında dənizlərdə və quruda rekord temperatur gözlənilir.

News24.az xəbər verir ki, bu barədə türkiyəli Coğrafiya Professoru Şermin Tağıl məlumat verib.

O bildirib ki, yanvar ayında bütün okeanların istiliyi 21,1 dərəcə ilə avqust ayının rekorduna bərabər olub:

“Mövcud vəziyyət və qış boyu müşahidə edilən okean temperaturları 2024-cü ilin yayında rekordlarla qarşılaşa biləcəyimizi göstərir. 

Artan iqlim dəyişikliyinin təsirləri gündəlik həyatda daha çox hiss olunmağa başlayıb. Dəniz suyunun istiliyi yay aylarından bəri orta səviyyədən aşağı düşməyib. Bu səbəbdən rekord istilər qaçılmazdır”./demokrat