-
- 5-08-2023, 10:54
- 405
Okeanlarda tempratur pik həddə çatdı: NƏTİCƏSİ NƏ OLACAQ?
Okeanlarda indiyə qədər görülməmiş ən yüksək tempratur qeydə alınıb.
Buna səbəb, okeanlarıniqlim dəyişikliyindən qaynaqlanan istiləri udmasıdır.
News24.az xəbər verir ki, bu barədə Aİ-nin iqlim dəyişikliyi xidməti məlumat yayıb.
Məlumata görə, bu həftə qeydə alınan orta gündəlik qlobal dəniz səthinin temperaturu 2016-cı ilin rekordunu qırıb.
Belə ki, temperatur 20,96 dərəcəyə çatıb. Bu da orta səviyyədən xeyli yüksəkdir.
Bəs, bunun nəticələri nə ola bilər?
Okeanlar həyati iqlim tənzimləyicisidir. Onlar istiliyi udur, Yerdəki oksigenin yarısını istehsal edir və hava şəraitini idarə edir. İsti suların karbon qazını udmaq qabiliyyəti daha azdır, bu da o mənaya gəlir ki, planeti istiləşdirən qazın daha çoxu atmosferdə qalacaq.
Bu hal, həmçinin okeana axan buzlaqların əriməsini sürətləndirərək dəniz səviyyəsinin daha da qalxmasına səbəb ola bilər. Daha isti okeanlar və isti hava dalğaları soyuq su axtarmaq üçün hərəkət edən balıq və balinalar kimi dəniz canlılarını narahat edərək qida zəncirini pozur.
Mütəxəssislər bu faktın balıq ehtiyatlarına təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Bəzi yırtıcılar, o cümlədən köpəkbalıqları isti havalarda aqressivləşə bilər. Alimlər hazırda okeanların bu qədər isti olmasının səbəbini araşdırırlar.
Onlar bildirirlər ki, istixana qazı emissiyalarından istinin çoxunu udduqları üçün iqlim dəyişikliyi dənizlərin daha da istiləşməsinə səbəb olur. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) məlumatına görə, dənizlərdə istilik dalğalarının tezliyi 1982-2016-cı illər arasında iki dəfə artıb və 1980-ci illərdən bəri daha intensiv və uzun olub.
Arzu