Tanınmış aktyor vəfat etdi - FOTO
    • 1-03-2024, 10:22
    • 309

Tanınmış aktyor vəfat etdi - FOTO

73 yaşlı italyan aktyor Luis Molteni vəfat edib.

News24.az yenisabah.az-a istinadən xəbər verir ki, Romada dünyasını dəyişən sənətçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Luisin karyerası ərzində 120-dən çox film və seriala çəkilib. O, "Sabun oğruları", "Dəmir oğlanlar", "Qartopu", "Sarışın", "Bir daha görüşməyəcəyik", "Dürüst nəzakətçi", "Pianoçu əfsanəsi" ", "Pinokkio", "Komissar Reks" kimi məşhur layihələrdə rol alıb.