-
- 1-03-2024, 11:30
- 510
TƏCİLİ!!! Azərbaycanda benzinlə bağlı RƏSMİ QƏRAR
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.
News24.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.
Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib:
Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib.
Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.