Spirtli içkilərin aksiz dərəcələri artırıldı
    • 14-03-2022, 21:00
    • 1 592

Spirtli içkilərin aksiz dərəcələri artırıldı

Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.

News24.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

 Sənədə əsasən, denaturasiya olunmamış etil spirti (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin aksiz dərəcəsi 5,2 manatdan 6 manata qaldırılıb.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların aksiz dərəcələri 7,2 manatdan 8 manata çatdırılıb.

Cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi 11,2 manatdan 12 manatadək artırılıb.