-
- 28-07-2019, 10:28
- 1 167
Ölkəyə gətirilən bu aksizli malların aksiz dərəcələri -endirildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
News24.az xəbər verir ki, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.
Dəyişiklikdən əvvəl Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınırdı. Bundan sonra, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.