-
- 1-03-2024, 19:10
- 327
Qucaqlaşanlar, qeybət edənlər... - VİDEO
Müğənni Nərmin Kərimbəyova ilk dəfə klip təqdimatı edib.
News24.az xəbər verir ki, ifaçı “Qaralama sevgi” adlı sayca 20-ci klipini sevənlərinin ixtiyarına verib.
Tədbirin aparıcısı Azər Süleymanlı qonaqları salamlayıb, müğənninin fəaliyyəti haqda məlumat verib.
Daha sonra Nərmin Kərimbəyova səhnəyə dəvət olunub, klip izlənilib.
Bildirilib ki, ekran işi Gürcüstanın paytaxtı Tbilisidə bir neçə fərqli məkanda lentə alınıb. Onların arasında 18-ci əsrə aid Marşal sarayı, “Gürcüstan salnaməsi” abidəsi var. Çəkilişlər bir həftə davam edib. Bütün libaslar özəl olaraq hazırlanıb.
Mahnının söz və musiqisi Bahar Qəhrəmanlıya məxsusdur. Klipi rejissor Nisə Cəfərova lentə alıb.
Nərmin Kərimbəyova tədbirdə bir neçə hit mahnısını ard-arda səsləndirib. Daha sonra media nümayəndələrinin suallarını cavablandırıb.