-
- 1-03-2024, 20:23
- 220
İrəvandan dəhliz və sərhəd açıqlaması: “Tezliklə...”
Ötən il Qarabağ hadisələrindən sonra Ermənistan və Azərbaycan arasında iki ölkənin liderləri və xarici nazirləri səviyyəsində görüşlər olmasa da, tərəflər sülh müqaviləsi layihəsinə dair mübadiləsini davam etdiriblər. Dövlət başçılarının Münxen görüşü irəli doğru atılmış müsbət addımdır.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatiya Forumunda (Türkiyə) deyib.
Həmçinin o, xatırladıb ki, son iki gündə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almaniyada müzakirə aparıblar:
“Son illər Ermənistan və Azərbaycan müxtəlif platformalarda sülhün fundamental prinsipləri üzrə razılığa gələ biliblər. O prinsiplər nələrdir? Bu, Almatı Bəyannaməsinə əsaslanan ərazi bütövlüyünün bir daha təsdiqidir. Bu bəyannamə Sovet İttifaqı dağılandan sonra iki postsovet ölkəsi tərəfindən qəbul edilib. Razılaşdığımız ikinci prinsip bu bəyannamə əsasında Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasıdır.
Daha bir vacib bir məsələ: bildirmişik ki, bütün regional kommunikasiyalar qanun, ədalət və iradə prinsipləri əsasında dəstəklənəcək. İnanırıq ki, əgər sülh danışıqlarında artıq mövcud olan prinsiplərə uyğunlaşa bilsək, o zaman sülhə nail ola bilərik. Hesab edirəm ki, bunu kifayət qədər tez edə bilərik. Ümid edirik ki, lazımi nəticələri əldə edəcəyik”.