Türkiyə ilə Türkmənistan arasında müqavilələr imzalandı
    • 1-03-2024, 18:34
    • 301

Türkiyə ilə Türkmənistan arasında müqavilələr imzalandı

Türkiyə ilə Türkmənistan arasında təbii qaz sahəsində anlaşma memorandumu və karbohidrogenlər sahəsində niyyət bəyannaməsi imzalanıb.

News24.az xəbər verir ki, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, etdiyi şərhdə deyib:

"Görüş çərçivəsində iki ölkənin təbii qaz sahəsində əməkdaşlığını sürətləndirəcək Anlaşma Memorandumu və karbohidrogenlər sahəsində tərəfdaşlığımızın əsasını təşkil edəcək Niyyət Bəyannaməsi imzaladıq. İmzalarla Türkmənistan qazını əvvəlcə Türkiyəyə, sonra isə dünya bazarlarına çatdırmağı hədəfləyirik”.

Günel Məlikzadə