Türkiyə Putinin səfərinə hazırlaşır
    • 2-03-2024, 17:00
    • 163

Türkiyə Putinin səfərinə hazırlaşır

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir.

News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, tərəflər hələlik səfərin vaxtı ilə bağlı razılığa gəlməyiblər.

Qeyd edək ki, fevralın 26-da Kremlin sözçüsü Dmitri Peskov Rusiya liderinin yaxın gələcəkdə Türkiyəyə səfər etməyi planlaşdırmadığını bildirib.