Qobustanda ər arvadını öldürdü, özünə xəsarət yetirdi
    • 2-03-2024, 11:56
    • 218

Qobustanda ər arvadını öldürdü, özünə xəsarət yetirdi

Qobustan rayonunda Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə də xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.