Dünyanın ən bahalı avtomobili
    • 2-03-2024, 16:30
    • 360

Dünyanın ən bahalı avtomobili

Rolls-Royce şirkəti hazırda dünyanın ən bahalı avtomobili olan yeni kabrioletini təqdim edib. 

News24.az xəbər verir ki, bu barədə Hypebeast məlumat yayıb.

Söhbət şəxsi sifarişlə yaradılan Arcadia Droptail adlı avtomobildən gedir. 

Məlumata görə, avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin interyeri bahalı dəri və qızılgül ağacı ilə bəzədilib, onun yaradılması Rolls-Royce əməkdaşlarının səkkiz min saatdan çox zəhmətini çəkib.

Avtomobilin dəyəri 30 milyon dollar təşkil edib.

Mehriban Mirzəzadə