"Əhalidə kifayət qədər vəsait var" - “Kapital Bank”ın idarə heyətinin sədri
    • 8-12-2023, 12:21
    • 325

"Əhalidə kifayət qədər vəsait var" - “Kapital Bank”ın idarə heyətinin sədri

“Kapital Bank” digər banklara nisbətən kredit faizləri aşağı olub. 

News24.az xəbər verir ki, bunu “Kapital Bank”ın idarə heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bankın cari il və növbəti dövr üçün hesabatı zamanı deyib. 

Fərid Hüseynov əlavə edib ki, kredit faizləri hər bir müştəri üçün fərdi yanaşma tətbiq edirik:

“Mərkəzi Bankın proqnozlarına görə və öz müşahidələrimizə əsasən əhalidə kifayət qədər vəsait var: “Biz bu vəsaitin bir qismini bankımıza cəlb etmək istəyirik”. 

Fərid Hüseynov əlavə edib ki, “Kapital Bank” dollarda əmanətlərin sayını artırıb: 

“Biz son illərdə kredit faizlərini addım-addım aşağı düşməsini izləyirik. Ancaq kredit faizləri verilən zaman hər bir müştəriyə fərdi yanaşma tətbiq edirik. Düşünürəm ki, kredit gəlirlərinin faizi stabil qalacaq”.

QUMRAL