-
- 2-03-2024, 18:45
- 235
Lavrov özbəkistanlı həmkarı ilə görüşdü
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən diplomatik forum çərçivəsində Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə danışıqlar aparıb.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, görüş təkbətək formatda mətbuata qapalı keçirilir.
Qeyd edək ki, martın 1-2-də Antalya Diplomatik Forumunda iştirak edən Lavrov bir gün əvvəl xarici həmkarları ilə bir sıra görüşlər keçirib və xüsusi iclasda çıxış edib.
Mehriban Mirzəzadə