-
- 1-03-2024, 17:48
- 216
Lavrov Türkiyədə səfərdədir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gəlib.
News24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Lavrovun forum çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ikitərəfli görüşlər keçirəcəyini açıqlamışdı.
Rusiya və Türkiyənin yüksək səviyyəli diplomatlarının geniş spektrli məsələləri, xüsusilə ticarət, enerji, təhlükəsizlik, bank işi və turizm kimi qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edəcəyi gözlənilir.
Nazirlər müxtəlif səviyyələrdə ikitərəfli təmasların cədvəlini də müzakirə edəcəklər.
Qeyd edək ki, Lavrov Antalyada keçiriləcək forum çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və Esvatini kralı III Msvati ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək.
Günel Məlikzadə