“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi
    • 2-03-2024, 21:38
    • 379

“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi


Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir.

News24.az xəbər verir ki, "Araz-Naxçıvan" "Sabah"ın qonağı olub.

Görüş Bakı klubunun qələbəsi ilə başa çatıb - 2:0. Bu qələbə ilə "Sabah" turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.


2 mart (şənbə)

18:30. “Sabah” – “Araz-Naxçıvan” - 2:0 

Qol: Emmanuel Apeh, 54, Kahim Parris, 90+7

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev

“Bank Respublika Arena”