Premyer Liqada 4-cü tur başlayır
    • 25-08-2023, 10:24
    • 233

Premyer Liqada 4-cü tur başlayır

Bu gün AzərbaycanPremyer Liqasında 4-cü tura start veriləcək.

News24.az Publika.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. Debütant "Araz-Naxçıvan" itkisiz irəliləyən "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, 3-cü turun digər qarşılaşmaları 26-27 avqust tarixlərində keçiriləcək. Şənbə günü "Turan Tovuz" "Səbail"i, "Zirə" "Sabah"ı, bazar günü isə "Neftçi" "Qəbələ"ni, "Qarabağ" isə "Kəpəz"i qəbul edəcək.

Azərbaycan Premyer Liqası, 4-cü tur

25 avqust (cümə)

20:00 Araz-Naxçıvan – Sumqayıt

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Vüqar Həsənli

“Dalğa Arena”

26 avqust (şənbə)

17:00 Turan Tovuz – Səbail

Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı

Tovuz şəhər stadionu

19:30 Zirə – Sabah

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev

Zirə İdman Kompleksinin stadionu

27 avqust (bazar)

18:30 Neftçi – Qəbələ

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev

"Neftçi Arena"


20:45 Qarabağ– Kəpəz

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə

“Azersun Arena”.