-
- 3-03-2024, 08:42
- 271
“Fatimə zəng etdi ki, qızını qaçırdıblar”
Şairə Nazilə Səfərli növbəti dəfə küsülü olduğu rəqqasə Fatimə Fətəliyevadan danışıb.
News24.az OLAY-a istinadla yazır ki, bu barədə o, stilist Anar Ağakişiyevin “Dəyişən cavab” layihəsində açıqlama verib. Nazilə illər əvvəl fatimə ilə küsülü olduğu vaxtlardam söz açıb:
“Hind rəqsi oynayan qız var. Rəqqasə Fatimə. Mənimlə danışmadığı vaxtlar idi. Zəng etdi,dedi, salam, mənəm Fatimə. Dedi ki, gümanım sənədi, qızımı qaçırdıblar, toy edirlər. Amma həmin gün başqa yerdə toyum var. Ev sahibi icazə vermir. Sözündən elə çıxdı ki, əvəzinə daha bahalı adam gətir. Dedi, məni həmin vəziyyətdən çıxararsan? Onda da küsülü idik.
Elə bir qiymət dedi ki... Mənim məclis qiymətimim yarısı idi. Dedim, Allah qızını xoşbəxt etsin, gedərəm, pulunu da sənə verərəm. Dedi ki, halal xoşun. Getdim, onu vəziyyətdən çıxardım. Sən demə, mənim yarım saatlıq qonorarımı 1 saatdan çox vaxta danışıbmış. Deməli, mən mərd düşmənəm ki, küsülü olduğumuz halda zəng edib. Salam versə, alaram. O bir səhv edib. “Maşın” şou vaxtında da küsülü idik. Əlim maşının üstündə idi. Gəldi ki, Naziləyə dəstək olmağa gəlmişəm. Həmişə mübahisəmiz düşüb, uzaqlaşmışıq. Bu dəfə tamam başqa şey oldu”.