Ramiz Mehdiyev İsrailə aparılıb? - AÇIQLAMA
    • 4-03-2024, 10:39
    • 296

Ramiz Mehdiyev İsrailə aparılıb? - AÇIQLAMA

Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb

News24.az xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:

"Mənim səhhətimdə heç bir problem yoxdur. "Check-up" müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.

Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun", - deyə o qeyd edib.