-
- 4-03-2024, 11:38
- 469
"Brent" nefti bahalaşdı
Neft qiymətləri İsrail-Fələstin müharibəsində atəşkəs razılaşmasının ola biləcəyinə dair xəbər axını və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-dövlətlərdən ibarət OPEC+ qrupuna üzv ölkələrin elan edilməsi səbəbindən yüksək dəyişkənlik nümayiş etdirir.
News24.az xəbər verir ki, cümə günü 84,34 dollara kimi bahalaşan “Brent” markalı neftin barel qiyməti günü 83,55 dollarla başa vurub. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün 09,36-da bağlanış vaxtı ilə müqayisədə 0,13 faiz artaraq 83,66 dollar olub. Eyni zamanda "West Texas Intermediate (WTI)" markalı xam neftin bir barreli 79,97 dollara satılıb.
Günel Məlikzadə