İsrail HƏMAS-ın atəşkəs təklifini rədd etdi
    • 22-01-2024, 10:30
    • 140

İsrail HƏMAS-ın atəşkəs təklifini rədd etdi

İsrail Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa razı deyil.

News24.az xəbər verir ki, bu barədə “NBC news” məlumat yayıb.

Telekanalın məlumatına görə, danışıqlar aparan tərəflər girovların azad edilməsi üçün “bəzi mexanizmlər” üzərində razılaşıblar, lakin İsrailin mövqeyi razılaşmanın bağlanmasına mane olur.

Razılaşmanın bir aydan çox müddətə hərbi əməliyyatların dayandırılmasını, fələstinli məhbusların müqabilində girovların mərhələli şəkildə azad edilməsini nəzərdə tutacağı gözlənilir.

Mehriban Mirzəzadə