MOSSAD HƏMAS-la atəşkəs üçün bunu təklif etdi
    • 1-02-2024, 13:30
    • 193

MOSSAD HƏMAS-la atəşkəs üçün bunu təklif etdi

İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea ölkənin hərbi kabinetinə Fələstinin radikal HƏMAS hərəkatına 35 israilli girovun azad edilməsi müqabilində 35 günlük atəşkəs təklifini ehtiva edən plan təqdim edib.

News24.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata əsasən, bu razılaşmanın birinci mərhələsi 35 günlük atəşkəs müqabilində 35 girovun azad edilməsi müqabilində olacaq. Yəni atəşkəsin hər günü üçün HƏMAS saxladığı 136 girovdan birini azad edəcək.

Bildirilir ki, birinci mərhələdə azad ediləcək girovların qadınlar, xəstələr, yaralılar və yaşlılar olmasına üstünlük veriləcəyi bildirilib.

İsrailin azad etməli olduğu fələstinli məhbusların sayı ilə bağlı hələ dəqiq qərar verilməyib. Çünki İsrail ağır cinayətlərə görə həbs olunanları deyil, yalnız daha yüngül cinayətlər törətmiş şəxsləri azad etmək istəsə də, HƏMAS digərlərinin də azad edilməsində israrlıdır.

Mehriban Mirzəzadə