-
- 4-03-2024, 14:18
- 448
Bayden Trampdan geridə qaldı HESABAT
New York Times/Siena Kolleci ilə birgə keçirilən sorğu Demokratlar Partiyası ilə Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında son vəziyyəti üzə çıxarıb.
News24.az xəbər verir ki, milli sorğuya qatılan seçicilərin 43 faizi noyabrın 5-də Baydenə səs verəcəklərini, Trampı seçəcəyini deyənlərin nisbəti isə 48 faiz təşkil edib.
2020-ci il prezident seçkilərində Baydenə səs verənlərin 83 faizi noyabrda ikinci dəfə eyni namizədi dəstəkləyəcəklərini, eyni ildə Trampa səs verənlərin 97 faizi isə yenidən ona səs verəcəklərini qeyd edib.
Respondentlərin 47 faizi Baydenin "vəzifəsini yerinə yetirmə tərzini" qəti şəkildə bəyənmədiklərini, hər 4 iştirakçıdan biri isə ölkənin yanlış istiqamətdə getdiyini düşündüyünü bildirib.
Keçən il NYT və Sienna ilə ortaq şəkildə eyni suallarla keçirilən sorğuda Tramp qeydə alınmış seçicilərdə Baydeni 2 bal qabaqlasa da, Bayden “Seçkilər Kollegiyası” nümayəndələri baxımından Trampı 2 bal geridə qoyub.
Məlumat verilib ki, 25-28 fevral tarixləri arasında ölkə səviyyəsində keçirilən sorğuda hər iki partiyadan təsadüfi seçilmiş 980 nəfər qeydiyyatdan keçmiş seçici iştirak edib.
Günel Məlikzadə