-
- 4-03-2024, 20:55
- 1 659
"Qazaxın kəndlərinə giriş qadağan edildi"
Səkkiz kəndin (Naxçıvan və Qazax) Azərbaycana qaytarılması ilə bağlı razılaşmanın icrasına başlanılır.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib.
“Görünən odur ki, Ermənistan-Azərbaycan müqaviləsi ilə bağlı əsas razılaşmalar artıq qüvvədədir. Anklavlara gəlincə, bütün ölçmə prosesləri başa çatıb, təhvil-təslim və qəbula dair texniki mərhələlər qalıb.
Dünən məlum oldu ki, Ermənistan vətəndaşlarının həmin ərazilərə (Qazaxın 4 kəndi) girişi artıq qadağan edilib. Yəni tezliklə azərbaycanlılar orada görünəcəklər və öz nəzarətlərini təmin edəcəklər. Bununla yanaşı, azərbaycanlılar anklavlararası (Qazaxın 3 kəndi) ərazi də tələb edirlər”, - ekspert bildirib.
Qevondyanın iddiasına görə, Qazaxın kəndlərinin Azərbaycana təhvil verilməsinə Qərb də etiraz etmir.
Erməni politoloq başqa bir məqama da diqqət çəkib:
“Proseslər paralel başlayıb. Ermənistan-Türkiyə münasibətləri də xeyli aktivləşib. Müəyyən irəliləyişdən sonra Rusiya və 102-ci bazası Ermənistandan çıxarılacaq”.