Qazaxın kəndləri məsələsi belə həll etdi – Zurabyan
    • 6-10-2023, 17:49
    • 247

Qazaxın kəndləri məsələsi belə həll etdi – Zurabyan

“Ermənistan Qarabağ və anklavlar daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdı”.

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Levon Zurabyan deyib.

O bildirib ki, rəsmi Bakı iştirak etmədiyi görüşdə anklavları (Qazaxın kəndləri və Kərki) həll etdi:

“İlham Əliyev Qərb formatında əldə etmək istədiyi hər şeyə nail oldu. O, Qranadaya getmədi. Beləlikə Ermənistanın birtərəfli formada qəbul etdiyi sənədə imza atmayaraq öhdəlik götürmədi. Əliyev Qərb formatından istifadə edərək Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına nail oldu. Ermənistan isə sadəcə Avropa İttifaqı, Fransa və Almaniyadan öz suverenliyi və ərazi təhlükəsizliyini qorumaq üçün zəmanət almağı bacardı”.