Bu şəxslərin vətəndaşlığı ləğv olunsun - Millət vəkili
    • 5-03-2024, 12:25
    • 274

Bu şəxslərin vətəndaşlığı ləğv olunsun - Millət vəkili

Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub. İndi Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc təklif edib. 

O bildirib ki, Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi Ukrayna savaşında savaşanların da vətəndaşlığı ləğv olunmalıdır.

Qumral