-
- 15-11-2023, 11:44
- 253
Millət vəkilllərinə bu ögey münasibət nə üçündür? - Sabir Rüstəmxanlı
Millət vəkillərinə ögey münasibət göstərilir.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib.
"Əvvəllər diplomatik pasportla deputatlar xaricə səfərlərə öz ailə üzvlərini yanında apara bilirdilər. İndi isə ancaq millət vəkilinin özü istifadə edə bilir. Bu necə qaydadır? Biznesmenlərin, sahibkarların qohumları istədiyi kimi gəlib-gedir. Millət vəkilləri isə yox. Millət vəkilllərinə bu ögey münasibət nə üçündür? Buna əlaqədar qurumlar baxmalıdır. Mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram, iki otaqlı mənzilim var. Ancaq orada millət vəkili kimi yox, biznesmen kimi qalıram. Niyə? Mən biznesmenəm ki? Başqa sktrukturun əməkdaşları daha aşağı qiymətə qalır, biz isə 2-3 dəfə baha qiymətə. Bunu millət vəkillərinin, Milli Məclisin nüfuzunun aşağı salınması kimi qiymətləndirirəm. Millət vəkili diplomatik pasportdan ancaq xidmət etmək üçün istifadə edir, amma deputat olmayan kimi bu pasport qaytarılmalıdır. Diplomat, millət vəkili bir dəfə seçilir. İllər boyu göstərdiyin fəaliyyət nəzərə alınmadan tez geri istənilir".
Qumral