"El Mocho" ləqəbli narkotik alverçisi tutuldu
    • 5-03-2024, 13:48
    • 183

"El Mocho" ləqəbli narkotik alverçisi tutuldu

Kolumbiyada ölkənin ən böyük silahlı qruplaşmalarından biri olan Clan del Golfo-nun tanınmış lideri “El Mocho” ləqəbli narkotik alverçisi əməliyyatla saxlanılıb. 

News24.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərə görə, təhlükəsizlik qüvvələri Antiokiya inzibati bölgəsindəki Taraza qəsəbəsinin kənd ərazisində əməliyyat keçirərək “El Mocho” ləqəbli Federiko Kardonanı ələ keçirib.

Ordu və polisin birgə əməliyyatı nəticəsində ələ keçirilən El Moço və adamları saxlanılıb.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, əməliyyat zamanı 2 kilo maye kokain və 1 kiloqramdan çox narkotik vasitə ələ keçirilib.

Qeyd edək ki, narkotik daşınması, adam oğurluğu, qəsb və dəstə yaratmaq ittihamları ilə mühakimə olunacağı gözlənilən El Moçonun ABŞ-a ekstradisiya edilib-edilməyəcəyi yaxın həftələrdə bəlli olacaq.

Günel Məlikzadə