Ötən sutka 2,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
    • 6-04-2023, 10:17
    • 149

Ötən sutka 2,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının aprelin 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-dən News24.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,6 kiloqrama yaxın heroin, 1,1 kiloqramdan çox marixuana, 40 qram tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.