Bakıda polis əməliyyatı: heroin alverçisi yaxalandı
    • 25-09-2019, 22:08
    • 751

Bakıda polis əməliyyatı: heroin alverçisi yaxalandı

Bakıda narkotik alverçisi saxlanılıb.
News24.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Bakı şəhər sakini Tağızadə Elvin Müqəddəs oğlu hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan kustar üsulla hazırlanmış 6,90 qram narkotik vasitə olan "Metamfetamin", 16,37 qram çəkidə 11 bükümdə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.