Atasından Şəbnəmə: “Bu qapı üzünə açılmayacaq”
    • 5-03-2024, 16:19
    • 320

Atasından Şəbnəmə: “Bu qapı üzünə açılmayacaq”

"15 yaşıma kimi mənə yupka geyindirə bilməyiblər. Mən oğlan kimi böyümüşəm. Şalvar, köynək, kepka... Çox oğlan kimi böyümüşəm. Heç kəs deməzdi ki, "bu qızdır".

News24.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" verilişində deyib.

İfaçı atasının yanlış anlaşılan açıqlamasından da danışıb:

"Bir dəfə verilişlərin birində yupka geyinmişdim. Efirdən sonra atam zəng etdi ki, "qızım, o donu heç vaxt atma, sənə çox gözəl yaraşır". Mən anladım ki, o nə demək istəyir. Dedim ki, "papa, üzürlü say". Bəlkə də düzgün oturmamışdım. Ondan sonra mənə dedi ki, "bir də onu sənin əynində görsəm, bu qapı sənin üzünə açılmayacaq".