Fədayə Laçının anası DANIŞDI:
    • 24-10-2023, 10:25
    • 332

Fədayə Laçının anası DANIŞDI: "Onu vurdum"

“Fədayəni oğlan kimi böyütmüşəm. İlahəyə libas, gəlincik alanda, ona şalvar, verlosiped alırdım. Məktəbdə əlaçı idi. Övladına laylay çalırdı. Bildim ki, gözəl səsi var. Mənim heç yerə getmirdi. Amma bir dəfə qonşuya getmişdim, gördüm ki, Fədayə də gəlib. Məndən icazəsiz gəldiyi üçün onu vurdum. O da getdi. Ondan sonra axırıncı dəfə oldu ki, Fədayə mənim arxamca harasa gəlsin. O hadisə yadıma düşəndə pis oluram ki,  onu niyə elə vurdum”.

News24.az OLAY-a istinadən xəbər verir ki, bu sözləri müğənni Fəadyə Laçının anası Təranə xanım “Xəzər axşamı” verilişində deyib. 

O, qızının cəzaçəkmə müəssisəsindən ona zəng etdiyi anları da xatırlayıb: “Dediyim kimi, onu oğlan kimi böyütmüşdüm. O hadisə baş verəndə mən çox pis oldum. Qəflətən xəbərimiz oldu. İçəridən mənə zəng vurdu və ağlamaq istədi. Dedim ağlama. Mən səni oğul kimi saxlamışam. Kişinin başına iş gələr. Ona belə desəm də, ürəyimdə çəkdiyimi çəkirdim”.