-
- 5-03-2024, 17:30
- 236
ABŞ və NATO Arktikada hərbi fəaliyyətlərini gücləndirdi
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov ABŞ və NATO-nun Arktikada hərbi fəaliyyətini gücləndirdiyini bildirib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“ABŞ və digər NATO dövlətlərinin, o cümlədən qeyri-Arktika dövlətlərinin hərbi fəaliyyəti regionda intensivləşməkdə davam edir. Onların yüksək enliklərdə potensialı artır, orada keçirilən təlimlərin miqyası artır”, - Korçunov bildirib.
O bildirib ki, ABŞ Rusiyaya Arktikada özünün əsas düşməni kimi baxır. ABŞ-ın Arktikada bütün hərbi və iqtisadi siyasəti Rusiyaya qarşı yönəlib. Eyni zamanda, o, Rusiyanın müdafiə və iqtisadi sahədə mövqelərini gücləndirdiyini diqqətə çatdırıb.
Həmçinin, Arktika Şurasının Yüksək vəzifəli şəxslər komitəsinin sədri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov NATO-nun Arktikada hərbi fəaliyyətinin Rusiyanı narahat etdiyini bildirib.
Mehriban Mirzəzadə