NATO müharibəyə qoşula bilər - Zaxarova
    • 21-02-2024, 16:45
    • 102

NATO müharibəyə qoşula bilər - Zaxarova

NATO Kiyevə qarşı silah tədarükü üzrə koordinator rolunu öz üzərinə götürmək niyyətində olmaqla, bununla da Ukraynadakı münaqişədə birbaşa iştirakını açıq şəkildə bəyan edir.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova Rusiya ilə Alyans arasında birbaşa toqquşmadan narahatlığını ifadə edib.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Mehriban Mirzəzadə