-
- 1-02-2024, 00:14
- 284
SON DƏQİQƏ: NATO Rusiya ilə sərhədə 90 minlik ordu yeridir - VİDEO
NATO Rusiya ilə sərhəddə hərbi təlimlər keçirəcək.
R TV “URA news”-a və “Topwar”-a istinadən xəbər verir ki, Təlimlərin müddəti dörd ay olacaq
Təlimlər 2024-cü il yanvarın 31-dən mayın 31-dək davam edəcək. NATO təlimlərdə iştirak üçün iştirak etmək üçün bloka daxil olan bütün dövlətlərdən 90 min hərbçi cəlb etməyi planlaşdırır. Bu ölkələrin sayı isə 31 dir. Üstəlik İsveç də var. Bu isə 90 000 minlik ordu deməkdir.
Bundan əlavə, təlimlərdə 50-yə yaxın hərbi gəmi, 80 təyyarə və helikopter, 1100 döyüş maşını, o cümlədən 133 tank iştirak edəcək.
Alyansın rəsmi məlumatına görə, təlimlər demək olar ki, real döyüş şəraitinə bərabər səviyyədə keçiriləcək.Əsas diqqət isə silahlı münaqişə halında alyansın müdafiə planlarının yoxlanılması və dəqiqləşdirilməsinə yönəldilib.
Təlimlər alyansın hərbi imkanlarını nümayiş etdirmək xarakteri daşıyır.
Təlimlərin ilk mərhələsində 2024-cü ilin yanvar-mart aylarında Atlantika və Arktikada alyansın dəniz sərhədlərinin müdafiəsinin gücləndirilməsi nəzərdə tututur. Təlimlərin ikinci mərhələsi fevral-may aylarında NATO-ya üzv ölkələrin Şərqi Avropada və Arktikada quru qoşunlarından daha fəal istifadə edilməsi ilə xarakterizə olunacaq. Xüsusilə, Rusiya ordusunun Suvalk dəhlizinə girməsi halında hərəkət mexanizminin işlənməsi planlaşdırılır.
Təlimlər Norveç, Finlandiya, İsveç, Estoniya, Latviya, Litva, Polşa, Almaniya, Macarıstan, Slovakiya, Rumıniya və Böyük Britaniya ərazilərində keçiriləcək.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərlə söhbət zamanı bildirib ki, NATO-nun Rusiya sərhədlərinə yaxın irimiqyaslı hərbi təlimlər keçirməsi Rusiyaya təhdiddir.
"Biz bunu təhlükə kimi qəbul edirik. Bu qarşıdurma deməkdir. Alyans ABŞ-ın nəzarəti altında qarşıdurma vasitəsi kimi düşünülmüş və formalaşmışdır. Bu bizim üçün təhlükədir, müvafiq tədbirlər daim görülür. Alyansın öz hərbi infrastrukturunu sərhədlərimizə doğru hərəkət etdirdiyini daim müşahidə edirik ", - deyə Dmitri Peskov bildirib.