-
- 9-02-2024, 18:00
- 185
Rusiya NATO-ya hücum edəcək
Rusiya gözlənildiyindən daha sürətli silahlanır və 3-5 il ərzində NATO ölkəsinə hücum edə bilər.
News24.az xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib.
"Rusiyanın hərbi texnika istehsalında potensialı çox artıb. Ona görə də bu dövlət 3-5 il ərzində NATO ölkəsinə hücum edə bilər. Qarşıdakı illərdə Rusiya 5-ci maddənin gücünü və NATO həmrəyliyini sınıya bilər", - deyə nazir deyib.
O vurğulayıb ki, Danimarka hərbi sərmayələrini sürətləndirməlidir.
Nazir həmçinin onu da qeyd edib ki, Danimarka üçün birbaşa təhlükə yoxdur. Lakin Alyans NATO üzvü olan ölkələrdən birində vəziyyətin sabitliyini pozmağa yönəlmiş hibrid hücumlarla üzləşə bilər.
Mehriban Mirzəzadə