Stalin öldürülüb? - FSB arxivi açır
    • 5-03-2024, 21:30
    • 455

Stalin öldürülüb? - FSB arxivi açır

Keçmiş SSRİ-nin lideri İosif Stalinin ölümündə Qərb xüsusi xidmət orqanlarının əli var.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Sergey Malinkoviç deyib.

O bildirib ki, partiya yoldaşları ilə birlikdə Stalinin ölümünün araşdırılması tələbi ilə artıq aidiyyəti qurumlara müraciət edib.

“İosif Stalinin ölümündə Qərb xüsusi xidmət orqanlarının əlinin olub-olmadığını yoxlamaq üçün Federal Təhlükəsizlik Xidməti (FSB) və Baş Prokurorluğa müraciət ünvanlamışıq”, - siyasətçi bildirib.

Malinkoviç hesab edir ki, Qərb agentlərinin bu işə qarışmasını Stalin dövründə yaşamış insanların çoxsaylı ifadələri göstərir.

SSRİ lideri 1953-cü il martın 5-də beyninə qan sızmasından vəfat edib. Həkimlər bunun hipertoniya və ateroskleroz əsasında baş verdiyinə inanırlar.