Stalinin limuzini OĞURLANDI
    • 27-12-2019, 18:02
    • 801

Stalinin limuzini OĞURLANDI

Moskvada, İosif Stalinin 1949-cu ildə sürdüyü Sovet limuzini qarajdan oğurlanıb.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, altı oğru qaraja girib, "ZIS-115" evakuatoru üstünə yüklənib, naməlum istiqamətə aparılıb.

Avtomobil Ukrayna oliqarxının təhlükəsizlik xidmətinin rəhbəri Ruslan Tarpana məxsusdur. "ZIS-115" ən yüksək dərəcəli Sovet zirehli avtomobilidir.

1949-1955-ci illərdə Stalin Avtomobil Zavodunda bir neçə seriyada istehsal edilib və cəmi 56 ədəd mövcud olub.