Aralıq dənizində 4 ballıq zəlzələ baş verdi
    • 5-03-2024, 19:15
    • 320

Aralıq dənizində 4 ballıq zəlzələ baş verdi

Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 17.17-də episentri Aralıq dənizi sahillərində olmaqla 4 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, episentri Muğlanın Datça rayonundan 137,23 kilometr uzaqlıqda olan zəlzələnin 12,74 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.

Günel Məlikzadə