"Brent" nefti bahalaşdı
    • 6-03-2024, 15:16
    • 559

"Brent" nefti bahalaşdı

"Brent" markalı neftin qiyməti artıb.

News24.az xəbər verir ki, ötən gün 83,14 dollara kimi bahalaşan "Brent" markalı neftin bir barel qiyməti günü 82,04 dollarla başa vurub. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09,36-da bağlanış vaxtı ilə müqayisədə 0,34 faiz artaraq 82,32 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 78,46 dollara satılıb.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupuna üzv ölkələr hasilatın azaldılmasını sona qədər uzadacaqlarını elan etdikdən sonra artan tədarük narahatlıqları qiymət artımında təsirli olub. 

Günel Məlikzadə