Bu ilin ilk üç ayı ərzində 4909 nəfəri heyvan dişləyib - SƏHİYYƏ NAZİRLİYİNDƏN EKSKLÜZİV
    • 22-04-2019, 13:54
    • 839

Bu ilin ilk üç ayı ərzində 4909 nəfəri heyvan dişləyib - SƏHİYYƏ NAZİRLİYİNDƏN EKSKLÜZİV

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda baş vermiş heyvan dişləmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumatda bildirilib ki, 2019-cu ilin ilk ayı ərzində heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4909 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib.

Deyilən rəqəmin 90 faizi it dişləmələri ilə bağlı olub. O da qeyd edilir ki,  ötən ilin müvafiq dövründə heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4682 nəfər tərəfindən müvafiq tibb müəssisələrinə müraciət olunub.

Afaq Mirayiq