Avtomobili xəndəyə düşdü, öldü
    • 6-03-2024, 18:05
    • 398

Avtomobili xəndəyə düşdü, öldü

Türkiyənin İsparta-Burdur avtomobil yolunda Fatih Kılıçarslanın avtomobili naməlum səbəbdən yol tikintisi işləri üçün açılan suötürücü çuxura düşüb.

News24.az xəbər verir ki, xəbər üzərinə qəza yerinə jandarma və sağlamlıq qrupları sövq edildi.

Sağlamlıq qrupları Kılıçarslanın hadisə yerində həyatını itirdiyini təyin etdi.

Qəzada yaralanan avtomobilin sərnişini Ünsal Cengiz İsparta Şəhər Xəstəxanasında müalicə olunub.

Yaralının həyati təhlükəsinin olmadığı öyrənilib.

Qeyd edək ki, həyatını itirən Fatih Kılıçarslanın Burdur İl Jandarma Komandanlığında Jandarma Mütəxəssisi Çavuş, yaralanan Ünsal Cengizin isə eyni yerdə Jandarma Astsubay Baş Çavuş vəzifəsində çalışdığı öyrənilib.

Günel Məlikzadə